Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


23.05.2020  10:56 

64 minə yaxın abituriyent elektron ərizəsini təsdiq edib





A+  A-

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, bu gün saat 09:40-a olan məlumata əsasən 63 616 abituriyent elektron ərizəsini təsdiq edib. Hazırda ərizəsini təsdiq etmiş abituriyentlərdən 55 597-si cari ilin, 8019-u isə əvvəlki illərin məzunlarıdır. Ərizəsini təsdiq etmiş abituriyentlərdən 32 004-ü kişi, 31 612-si isə qadındır.

Məlum olduğu kimi, mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna start verilib. Abituriyentlərin ərizələrinin qəbulu artıq 13-cü ildir ki, elektron formada Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə aparılır.

Abituriyentlərin təqribən 99%-ə yaxını (62 669 nəfər) ərizəsini özü təsdiq edib. DİM-in elektron məlumat bazasında yetərli məlumatı olmadığı üçün 1% (947 nəfər) abituriyent (əsasən 2011 və daha əvvəlki illərin məzunları) elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri və rayonlarda yerləşən inzibati binalarında yerləşən Sənəd Qəbulu Komissiyaları qeyri-iş günləri olan 23, 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcək.

Vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 2020-ci il iyunun 5-dək davam edəcək və bu müddətin uzadılması nəzərdə tutulmur.

Xəbər 1981 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +