İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


23.01.2020  13:57 

Sabah Bakıya qar yağacaq





A+  A-

Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə havanın yağıntılı olacağı, axşam sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a daxil olan məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-4 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında

Yanvarın 24-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 24-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi, yağıntılı hava şəraiti və temperaturun kəskin enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbər 1686 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +