Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


02.12.2019  13:11 

“Arvadı efirdə danışdırmaq nəyə lazımdır?”





A+  A-

“İlk sevdiyim xanımla evlənmişəm. Həyat yoldaşım heç vaxt efirdə qonaq olmayıb. Bu, həyatı boyu ola bilməz. Oğlanlarım efirdə görünüb, amma xanımım yox. Arvadı çəkmək, mənim haqqımda danışdırmaq nəyə lazımdır? O, ali savadlı, danışıq qabiliyyəti olan biridir. Amma ehtiyac duymuram”.
XəzərNews.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Ay Zaur” proqramında deyib. Sənətçi efirdə şəxsi həyatından, xanımı və üç övladından söz açıb:

“Bir Allah şahiddir ki, ən qorxduğum, yaralı yerim ailəmdir. Onlara demişəm ki, bir şey olsa, mən sizə heç nə etmərəm, özümü öldürərəm. Onları bu yolla qorxuduram. Ona görə də, övladlarımla fəxr edirəm. Üç övladım var, onlar bir manat belə mənə ziyan vurmayıblar. Bakı balaca şəhərdi, hamı bir-birini yaxşı tanıyır. Buna görə mən rahat danışıram. Qızım mənə daha çox bağlıdır, o, mənimlə nəfəs alır”.

Qeyd edək ki, sözügedən proqramda M. Ağayevin ilk dəfə toyundan görüntülər yayımlanıb.

Xəbər 1633 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +