Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb


29.08.2019  12:38 

6 kiloqramlıq narkotiklə saxlanıldı





A+  A-

İran İslam Respublikasından qeyri-qanuni yollarla Azərbaycanın gömrük ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin “Famil” adlı şəxs tərəfindən realizə ediləcəyi barədə daxil olan məlumat əsasında əməliyyat həyata keçirilib.
XəzərNews.az xəbər verir ki, Salyan şosesi, Noxudlu yolunun kənarında yerləşən restoranının qarşısında keçirilən əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Yunusov Famil Şadiyar oğlu idarə etdiyi “VAZ 21154” markalı avtomobillə sözügedən əraziyə gəlib. Sonra avtomobildən enərək sellofan torbada olan narkotik vasitəni şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində həmin sellofan torbaya baxış zamanı 7 ədəd bağlamada olmaqla, qablaşdırma ilə birlikdə ümumi çəkisi 6 kiloqram 314 qram təşkil edən narkotik vasitə - həşiş aşkarlanıb.

Xəbər 2902 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb


BÜTÜN XƏBƏRLƏR +