Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub


27.08.2019  11:48 

““İntravel AZ” şirkəti müştərinin başına belə oyun açdı





A+  A-

““İntravel AZ” şirkətindən Antalyaya səyahət etmək üçün ailəmlə bərabər bilet almışdıq. Bu gün Antalyaya uçmalı idik. Hava limanında məlum oldu ki, nə bilet, nə otel var”.
XəzərNews.az xəbər verir ki, bunu Leyla Məmmədli adlı müştəri sosial şəbəkədə paylaşıb. O qeyd edib ki, şirkətdən tam ödəniş edib möhürü və imzası olan sənəd alıb: “Mənim kimi 20-dən çox ailə də bu şirkətin dələduzluğundan əziyyət çəkir. Belə yalançı travel şirkətləri bağlanmalıdır. Biz hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik”.

“Qafqazinfo” məsələ ilə bağlı şirkətin meneceri Zahir Məmmədovla əlaqə saxlayıb. O, məsələdən xəbərdar olduğunu vuğulayıb. Bildirib ki, şirkətin satış müdiri Nərgiz Məmmədova müştərilərin pulunu ofisdən kənar yerlərdə alaraq mənimsəyib: “Nərgiz Məmmədova iki ay idi ki, xəstə olduğunu bildirərək işə çıxmırdı. Bu müddət ərzində müştərilərlə əlaqəsi olub və onların pulunu ofisdən kənar vəziyyətdə mənimsəyib. Həmçinin bəzi müştərilərə saxta sənəd də hazırlayıb. Bu məsələdən rəhbərliyin xəbəri olmayıb. Hazırda Nəsimi rayon Polis İdarəsində məsələ ilə bağlı istintaq gedir. Bilirik ki, hazırda öz səhhətinə xəsarət yetirib. Xəstəxanada müalicə olunur. O, 3 ildir ki, şirkətin satış müdiri vəzifəsində çalışıb”.

Müştərilərin pulunun qaytarılması məsələsinə gəlincə, Zahir Məmmədov bildirib ki, bu, məhkəmənin gedişatından asılı olacaq.

Xəbər 3157 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb


BÜTÜN XƏBƏRLƏR +