Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...


27.11.2018  16:18 

“Yerli müğənnilərdən heç kimə qulaq asmıram” - Rasim Balayev





A+  A-

“Sağlamlığımın xətrinə yerli müğənnilərdən heç kimə qulaq asmıram. Həkim qadağan edib. Futbola, ağıllı proqramlara baxıram. Daha sonra Rusiyanın köhnə filmlərini izləyirəm, nəsə götürürəm”.
XəzərNews.az xəbər verir ki, bu sözləri xalq artisti Rasim Balayev CVN kanalına qonaq olarkən deyib. O, verilişdə əməkdar artist Elza Seyidcahanı da tənqid edib:

“Elza Seyidcahan şeir oxuyur. Ona deyən yoxdu ki, işinlə məşğul ol, sən şair deyilsən. Bu şeirlər efirlik deyil. Onda mən çıxıb ağzıma gələni danışım? İbrətamiz nəsə varsa, buyursun. Zövqlər korlanıb”.

Məşhur aktyor bilirib ki, müasir komediya filmlərini bəyənmir: “Bütün sahələrdə, o cümlədən “Bozbash Pictures” tamaşaçıların zövqünü korlayır. Bu gün tamaşaçı ciddi şeylərə baxmaq istəmir. Söyüş, küçə sözləri ilə komediya yaradırlar. Komediya insanı düşündürməlidir. Kim komediyaları baxıb düşünür, örnək götürür? Boş gülüşlərdir”.

Xəbər 1703 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +