Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


28.09.2018  14:26 

Məktəblərdə qiymətlər 100 bal üzrə hesablanacaq





A+  A-

Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları dəyişib. Bundan sonra şagirdlərin qiymətləri balla dəyərləndiriləcək, illik və yarımillik qiymətlər də onların topladıqları bal əsasında hesablanacaq. Vətəndaş məmnuniyyətini artırmağa, şagirdlərin psixoloji gərginliyini azaltmağa xidmət edən bu dəyişikliklər nəticəsində müəllimlər də vaxtına qənaət və həmin vaxtdan daha səmərəli istifadə etməyə nail ola biləcəklər.
XəzərNews.az "Azərbaycan müəllimi” qəzetinə istinadən bildirir ki, du dəyişiklikləri nəzərdə tutan yeni qaydalar Təhsil Nazirliyində işlənib hazırlanıb. Tezliklə təsdiq edilməsi gözlənilən yeni qaydalar məktəblərə təklif ediləcək.

Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırovun sözlərinə görə, əsas dəyişiklik summativ qiymətləndirmələrdə olsa da, məktəbdaxili qiymətləndirmənin bütün növlərinə eyni dərəcədə əhəmiyyət verilib:

"Bilirsiniz ki, məktəbdaxili qiymətləndirmənin 3 növü var: diaqnostik, formativ və summativ qiymətləndirmə. Bunların hər birinin öz dəyəri, çəkisi və şagirdin keyfiyyətli təhsil almasında rolu var. Odur ki, summativlə yanaşı, qiymətləndirmənin digər növlərinə də yeni yanaşmada diqqət göstərilib. Hesab edirik ki, şagird gündəliklərində onların formativ qiymətləri öz əksini tapmalıdır”.

V.Bağırov qeyd edib ki, qiymətləndirmədə 100 bal şkalası tətbiq ediləcək. "Bütün qiymətləndirmələr, əməliyyatlar məhz 100 bal üzrə hesablanacaq. Ancaq valideynlər, cəmiyyət ənənəvi qiymətləndirməyə alışdığından yeni qiymətləndirmə ənənəvi "2”, "3”, "5” qiymətləndirməsinə də uyğunlaşdırılacaq. Məktəb jurnallarında bir sütunda bal, digər sütunda isə qiymət yazılacaq. 0-30 bal "2”, 30-60 bal "3”, 60-80 bal "4” və 80-100 bal isə "5”-dir. Şagirdlərin illik yekun qiyməti məhz onun il ərzində topladığı ballar əsasında çıxarılacaq”

Xəbər 3268 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +