İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


13.08.2018  16:45 

Bu rayonlarda yoxlama - Qanun pozuntuları aşkarlandı





A+  A-

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluq paytaxtdakı qanunsuz tikililərlə bağlı birgə tədbirlər keçirib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Komitə tərəfindən şəhərsalma nəzarəti qaydasında Bakı şəhərinin Xətai, Binəqədi, Nəsimi və Nizami rayonlarında yoxlamalar keçirilib.

Müəyyən edilib ki, bir çox hallarda tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin tikintilərin aparılması üçün Bakı şəhər İcra Hakimiyyətindən tikintiyə icazənin alınması təmin edilməyib.

Rayon icra hakimiyyəti orqanları tərəfindən səlahiyyətləri olmadığı halda tikintiyə icazə verilib, habelə müvafiq qaydada ərazi planlaşdırma sənədlərinin təsdiq edilməyib, tikintisinə icazə verilən obyektlər barədə sənəd və məlumatların tikintilərin Dövlət reyestrinə təqdim edilməməsi kimi qanun pozuntuları aşkar olunub.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 314-2.1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1980 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +