İran İsrailə kütləvi ballistik raketlər atdı
Rusiya Kiyevi vurdu: 14 nəfər həlak olub
Tramp: Hamı Tehranı dərhal boşaltmalıdır
SEPAH generalı Əli Şadmani öldürülüb
Təbrizdə iki güclü partlayış baş verib
AZAL-ın bu istiqamətdə reysləri ləğv olunub
Heydərov Gəncəyə rəis təyin etdi
ABŞ ilə danışıqlar aparmaq mənasızdır - İran XİN sözçüsü
Ruslar İsraili tərk edir
Parisdə Azərbaycan mədəni irsi təqdim olundu


09.01.2018  13:24 

Bakıdakı avtobusda daha bir biabırçılıq - Oğlunun vəsiqəsi ilə sürür+VİDEO





A+  A-

Xəbər verdiyimiz kimi, ötən həftə Zığ şossesində ağır yol qəzası baş verib. Belə ki, hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub. Nəticədə, 12 nəfər xəsarət alıb.
Araşdırmalar zamanı məlum olub ki, avtobus sürücüsü Kamran Ağayevin nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi yox imiş. Odur ki, Bakı Nəqliyyat Agentliyi həmin xətt üzrə hərəkət edən marşrutların daşıyıcı şirkətini yenidən dəyişmək məcburiyyətində qalıb.

Əfsuslar olsun ki, bu nüans artıq paytaxt ərazisində analoji hala çevrilib. Son illər daşıyıcı şirkətlər və marşrut avtobusları üzərində nəzarət xeyli güclənsə də, dəfələrlə baş vermiş bu kimi qəzalarda sükan arxasındakı şəxsin sürücülük vəsiqəsinin olmadığı məlum olub.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu məqamda Koroğlu metrostansiyasının yaxınlığında yerləşən Nəqliyatın Mübadilə Mərkəzində olub, şəhərətrafı qəsəbə və kəndlərə xidmət göstərən marşrut sürücüləri arasında sorğu aparıb. Sorğu zamanı məlum olub ki, əksər sürücülərin vəsiqəsi üzərindədir. Onlar daşıyıcı şirkətlər tərəfindən hər gün vəsiqələrinin yoxlanıldığını bildirib.

Ancaq 198 saylı marşrut xəttində mübahisəli məqam yaşanıb. Belə ki, marşrut üzrə hərəkət edən 10 TG 895 dövlət nömrə nişanlı avtobusun sürücüsü əvvəlcə vəsiqəsinin üzərində olduğunu desə də, daha sonra avtobusda əyləşən, oğlu olduğunu iddia etdiyi şəxsin sürücülük vəsiqəsini təqdim edib.

Görünən odur ki, bu kimi halların daha çox qanunsuz fəaliyyət göstərən avtobuslarda rast gəlindiyi bildirilsə də, bunlar reyd və yoxlamaların tez-tez aparıldığı mərkəzi dayanacaqlarda da yaşanır.


Xəbər 1819 dəfə oxunub.





16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir

16.06.2025  11:16 

Pənah Hüseyn niyə istefa verdi?

16.06.2025  11:13 

İsrail itkilərini açıqladı

15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi


BÜTÜN XƏBƏRLƏR +