Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


15.09.2017  16:34 

“Ürəyin istəmir, alma...” - Məşhur market müştəriləri belə aldadır





A+  A-

Bakıda daha bir market müştərini aldatmaq istəyib.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya Mircəlal Məcidov şikayət edib. O bildirib ki, “Fresco” marketin Nəsimi rayonu, S.Rəhimov küçəsi, 179A ünvanında yerləşən filialında satıcıların qanunsuz hərəkəti ilə üzləşib:

“Hər gün bu marketdən alış-veriş edirəm. Hər dəfə də meyvə bölümündə problemlə rastlaşıram. Satıcılar ucuz meyvənin üzərinə baha meyvənin qiymətini vurur. Bu hal birinci dəfə deyil. Bundan əvvəl də bir neçə dəfə belə hal yaşanmışdı. Bu gün piştaxtada qiyməti 2.58 olan şaftalını daha baha, 2.75 qəpiyə satdılar. Satıcıdan niyə baha qiymət yazdığını soruşduqda kobud şəkildə cavab verdi. Dedi ki, ürəyin istəmir, alma. Biz beləyik”.

Şikayətçi daha sonra supermarketin cavabdeh şəxslərinə məlumat versə də, problemin həll olunmadığını qeyd edib:

“ Şikayətimi marketin Yuliya adlı qadın əməkdaşına da bildirdim. Sadəcə susub, baxırdılar. Heç bir söz demədilər".

M. Məcidov qarşılaşdığı qanunsuzluqla bağlı İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə şikayət etdiyini də bildirib.

Xəbər 1822 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +