Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


14.09.2017  12:37 

“Kişinin var-dövləti olar da...” - Deputat ailəsindən yazanları məhkəməyə verəcək?





A+  A-

Mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Çexiyada özünə mülk alıb, böyük biznes qurması barədə məlumat yayılıb.
Bildirilib ki, şeyxülislamın kurort cənnəti hesab olunan Karlovı Varıda biznesi var. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunur.

Sitat: “Marketa Şpişakova adlı bu çex qadın şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı “Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər.

“Aynur KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat)”.


Media Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasının da fotosunu yayıb.

Məsələ ilə bağlı Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə açıqlama verib.

Cavanşir Paşazadə bildirib ki, bu haqda 7-8 ildir ki, məlumat yayılır.

“Neçə dəfələrlə bu barədə tapıblar, yazıblar və mən də cavab vermişəm. Zarafatca da demişəm ki, olanda nə olar ki? Mən istərdim ki olsun, kaş olaydı. Əfsuslar olsun ki, yoxdu. Bunların hamısı yalan mlumatlardır. Qoy yazsınlar da”.

“Əgər sizin və qardaşınızın haqqında yayılan bu məlumatlar doğru deyilsə, onda məhkəməyə müraciət edəcəksinizmi” sualına Cavanşir Paşazadə belə cavab verdi:

“Mənimçün maraqlı deyil. Yazsınlar da. Onlar bizi söyməyib, döyməyib. Kişinin var-dövləti olar da. Mən deyirəm ki, yoxdur. Yayılan məlumatlar yalandır”.

(modern.az)

Xəbər 2036 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +