Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...


24.08.2017  15:58 

Nazirlik şirkəti ağac kəsdiyinə görə 4480 manat CƏRİMƏLƏDİ





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində yaşıllığın məhv edilməsi ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Gənclər şəhərciyindəki yaşayış binasının qarşısındakı torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, yaş köküstə 4 ədəd söyüd ağacının kökündən çıxarıldığı və 2 ədəd söyüd ağacının zədələndiyi məlum olub.

Araşdırma zamanı sözügedən ərazinin “Binagadi Oil Company” Şirkəti tərəfindən hasara alındığı aşkar edilib.

Faktla bağlı işin icrasına cavabdeh olan “Binagadi Oil Company” Şirkətinin nümayəndəsi Rauf Bayramov barəsində protokol tərtib olunub. Qanun pozucusu inzibati qaydada 4000 manat məbləğində cərimə edilib və təbiətə dəymiş ziyana görə 480 manat məbləğində ziyan tətbiq olunub. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün “Binagadi Oil Company” Şirkətinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Eyni zamanda tikintinin dayandırılması üçün Abşeron rayon Polis İdarəsinə və “Binagadi Oil Company” Şirkətinə müraciət olunub.

Xəbər 1567 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +