Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


24.08.2017  10:32 

Heyvanların açıq məkanlarda kəsilib satılması qadağandır – Qəssablara XƏBƏRDARLIQ





A+  A-

Bəzən heyvanların insanların gözü önündə kəsilməsinin şahidi oluruq. Bu anti-sanitariya səbəb olduğu kimi, əsəbi zəif olan insanlara, xüsusilə uşaqlara çox təsir edə bilər. Bəs görəsən belə hallarla mübarizə aparılırmı?
XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə bildirib ki, heyvanların açıq şəkildə kəsilməsi qanunla qadağandır.

“Buna yerli icra orqanları və polis nəzarət edir. Heyvan qapalı şəkildə kəsilməlidir, axar suyu olmalıdır, soyuducu kameralar olmalıdır. Heyvan kəsildikdən sonra müəyyən müddət soyuducuda saxlanılmalıdır.

Və yoxlanıldıqdan sonra satışına icazə verilə bilər. İnsanların qapalı şəkildə kəsilən heyvanlarla bağlı ağıllarında sual yaranmamalıdır, çünki kəsilən ətlər baytar nəzarətindən keçdikdən sonra satışa çıxarılır.

Kəsim yalnız baytarlıq nəzarətində olan obyektdə aparılmalıdır. Dalanlarda, açıq şəkildə heyvan kəsilirsə bunun qarşısı yerli icra orqanları və polis tərəfindən alınır. Elə yerlərdə kəsilən ətlər anti-sanitar vəziyyətdə olur”.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bunun fəsadları ağır ola bilər.

“Yaxşı olardı ki, heyvan kəsimi ictimai yerlərdə həyata keçirilməsin. Heyvan insanların gözü qarşısında kəsilməsi, xüsusilə də uşaqların gözü qarşısında kəsilməsi onlara psixoloji olaraq ciddi problemlər yarada bilər. Belə hallar olduqda bəziləri ət yeməkdən imtina edir, bəzilərində psixoloji travma yaranır”.


Xəbər 1318 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +