Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


05.07.2017  19:35 

Ermənilərdən daha bir təxribat - Torpaqlarımızı yandırırlar...





A+  A-

Ermənilər növbəti təxribata cəhd edib.
XəzərNews.az-ın əldə etdiyi məlumata görə, cəbhənin təmas xəttində ermənilərin nəzarətində olan otlaq sahələrinin yandırılması nəticəsində Xocavənd rayonunun Ağburun ərazisindən azərbaycanlı iş adamlarına məxsus 300 ha taxıl zəmisinin 100 hektarı yanıb. Görülmüş çevik tədbirlər sayəsində böyük itkilərin və qalan sahənin yanmasının qarşısı alınıb.

Xəsarət alan yoxdur.

Qeyd edək ki, dünən saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Xəbər 1008 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +