Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


03.07.2017  16:03 

Uşaqlarınızı istidən belə QORUYUN





A+  A-

Bir neçə gündür yay əsl üzünü göstərir. Dözülməz istilər artıq başlayıb.
Pediatr Vaqif Qarayev istilərlə bağlı körpəsi olan valideynlərə öz məsləhətlərini verib.

Pediatr bildirib ki, uşaqları istidən qorumaq üçün bəzi qaydalara əməl etmək lazımdır: “Xüsusən də südəmər yaşlı uşaqlar istiyə dözümsüz olurlar. Onları əvvəlki vaxtlara nisbətən daha tez-tez əmizdirmək lazımdır. Süd verən ananın çoxlu su qəbul etməsi məsləhətdir. Əgər uşaq süni qida alırsa, adi qaynanmış su da vermək olar. Körpənin geyimləri təbii parçadan, yüngül olmalıdır. Təkcə bir uşaq bezində və ya qısa tumanda olsa daha yaxşıdır. Körpənin olduğu otaqda hava tez-tez dəyişdirilməlidir”.

Həkimin sözlərinə görə, böyük yaşlı uşaqlara adi qaynadılmış su verilməlidir. Qazlı su isə qətiyyən olmaz: “Uşağın tərləməsi yaxşıdır, çünki bununla istilik bədəndən xaric olur. Amma orqanizmə əlavə fiziki yük vermək düzgün deyil. Tez-tez sərin su ilə çimizdirilməsi məsləhətdir. Rütubət təmin olunmalıdır. Uşaqların paltarları açıq rəngli təbii parçalardan, "nəfəs alan" olmalıdır. Geyim uşağın sərbəst hərəkətinə mane olmamalıdır”.

V.Qarayev qeyd edib ki, saat 11.00-17.00 arası uşaq açıq havada olmamalıdır:
"Günəşdən qorunmaq üçün parfüm əlavəsi olmayan müxtəlif qoruyucu krem və losyonlardan istifadə etmək olar. Amma evə gələn kimi bədən bu vasitələrdən təmizlənməlidir. O ki qaldı qidalanmaya, qida rasionunda daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Ət yeməklərini isə məhdudlaşdırmaq məqsədəuyğundur".

Xəbər 1549 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +