İcra hakimiyyətlərində bu şöbələr ləğv edildi
Rusiya Müdafiə Nazirliyinin saytı haker hücumuna məruz qalıb
Mehdiyevlə Şərurlu İsfəndiyar arasında əlaqə var - MƏHKƏMƏ
Tanınmış müğənni vəfat etdi -FOTO
Oğlu həbs olunan general danışdı: “Hələ görüş vermirlər”
“Oyunla bağlı danışmaq istəmirəm, çünki...”-Koxalski sərt danışdı
DGK-nin 5 əməkdaşı saxlanıldı
DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi
Generalın oğlu... - Və daha kimlər saxlanıldı?


09.12.2025  18:52 

Günah Sabir bəydədir...





A+  A-

Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan dilinin normaları ilə bağlı müzakirəlrdə çıxış üçün dəvət olunan sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib.

Vitse-spiker vurğulayıb ki, Sabir Rüstəmxanlı ona ayrılan vaxtı artıq keçib. Xalq şairi Sabir Rüstəmxanlı son bir cümlə demək istəsə də, vitse-spiker imkan yaratmayıb.

“Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz ( Rafael Hüseynov – müəl.) hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz”.

Sabir bəy kimi dil uğrunda mücadilə aparan bir şəxsə nə reqlament?

Əslində Rafael Hüseynov kimi məkrli bir adamın moderator seçilməsi doğru deyil. Adam ağır narsisizm xəstəliyinə tutulmuş birisidir. Bir nəfər üzünü tutub bu yoldaş akademik Hüseynova deyə bilərmi ki, 7-ci sinif "Azərbaycan dili" dərsliyində çap olunmuş bu əndirəbadi şeirlərə görə Emin Əmrullayevə söz deyə bilərsənmi?

Cəsarəti çatmaz.

Ancaq hər şeyin ətrafında danışmağa ustadılar.

CAVANLIĞIM

Yenilməyən qala idi
Kaş yerində qala idi
Məndən gedən cavanlığım
Tanış imiş mənə bunlar
Əziz imiş köhnə yollar
Çətin imiş ayrılıqlar
Qürbətlər də günahkar imiş

DOVŞAN ŞEİRİ

Dovşan çox bərk qaçırdı
Arxasına baxmadan
Necə sürətlə qaçır
Sincab dedi ağacdan

Çox çalışıb görünür
Məşq edib, axşam - səhər
Yoxsa qaça bilərmi
Yorulmadan bu qədər

Bunu eşidib dovşan,
Heç ayaq saxlamadan
Sən də belə qaçarsan,
Məşqçin tülkü olsa.

Əksinə, Emin Əmrullayev tapşırsa Rafael Hüseynov kimi tiplər bu şeirləri göylərə qaldırar. Sual verirəm. Dil və Ədəbiyyat dərsliklərini R.Hüseynov müzakirəyə çıxara bilərmi? Sabir bəyin sözünü kəsmək hünər deyil, mənasız dissertasiyalar yazdırmaqla alim sayını artırmaq dilə olan ən böyük hörmətsizlikdir.

Mənə verilən məlumata görə Emin Əmrullayevin dil haqqında mənasız çıxışına R. Hüseynov sonsuz təşəkkürünü bildirib. Ancaq həm də üzvü olduğu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq Şairi Sabir Rüstəmxanlının sözünü kəsməklə "cürətli" olduğunu nümayiş etdirib.

Günah Sabir bəydədir....

Etibar Əliyev
Sabiq millət vəkili


Xəbər 1125 dəfə oxunub.




11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +