Tanınmış müğənni vəfat etdi -FOTO
Oğlu həbs olunan general danışdı: “Hələ görüş vermirlər”
“Oyunla bağlı danışmaq istəmirəm, çünki...”-Koxalski sərt danışdı
DGK-nin 5 əməkdaşı saxlanıldı
DSMF 51,5 milyonluq iki tender elan edib
Rəşad Daşdəmirov həbs edildi
Generalın oğlu... - Və daha kimlər saxlanıldı?
Özü Ramiz Mehdiyev haqqında təriflər yağdırıb - Deputat
Tokayev Pezeşkianla görüşdü
Ukrayna Xəzərdəki neft platformasını vurdu


04.12.2025  13:07 

Keçmiş nazirin qızı bəyanat yaydı - Üzr istədi





A+  A-

“Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçiriləcək Bakı Beynəlxalq Film Festivalından çıxarılıb.

XəzərNews.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu ekran əsərinin rejissoru Suada Qarayeva bildirib.

O, həm öz, həm də layihənin prodüserləri Mariya İbrahimova (Azərbaycan) və Ada Solomonun (Rumıniya) adından bəyənat yayıb.

Rejissor paylaşımında bildirib:

“Təəssüf ki, “Məhsəti” filmimiz Bakı Film Festivalı proqramından çıxarılıb, çünki Mədəniyyət Nazirliyinin Film Şurası ona nümayiş lisenziyası verməkdən imtina edib və filmin mənəvi dəyərlərə uyğun olmadığını bildirib. Filmin süjet xəttinə əsasən, 12-ci əsr şairi Məhsəti Gəncəvi obrazını gənc aktrisa canlandırır. O, dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.

Film Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdidir. O, tək ana tərəfindən böyüdülüb, sevgi, şərab, hisslər və azadlıq haqqında cəsarətlə və gözəlliklə yazan bir sənətkar idi. Onun yaradıcılığı, onu və ümumilikdə qadınları səsdən məhrum edib keçmişdə saxlamaq istəyənlərin bütün səylərinə baxmayaraq, demək olar ki, min ildir yaşayır.



Qadın kino yaradıcıları olaraq, qadınların necə təsvir oluna biləcəyinə dair bu cür absurd məhdudiyyətləri qəbul etmirik. Xüsusilə də bu məhdudiyyətlərin modern və dünyəvi bir ölkədən, qadınlara ən erkən səsvermə hüququ verənlərdən biri olmuş və Məhsəti kimi qadın ilhamları yetişdirmiş bir yerdən gəlməsi təəccüblüdür. Məhsəti təbiət qüvvəsi kimi biri idi – qabaqcıl, azad ruhlu, 12-ci əsrdən bu günə qədər işığı sönməyən parlaq bir ulduz.

21-ci əsrdə qadınları ənənəvi gender rollarında saxlamaqdan daha yaxşısına qadirik”.

Rejissor və prodüserlər bu filmə ürəklərini və ruhlarını sərf edən bütün aktyorlardan, çəkiliş heyətindən və istedadlı insanlardan, eləcə də festivalda nümayişini səbirsizliklə gözləyən dostlarından, tərəfdarlarından və sevdiklərindən üzr istəyiblər.

Qeyd edək ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı “Məhsəti” filminin premyerası Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında baş tutub.

Xatırladaq ki, S.Qarayeva keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.

Xəbər 865 dəfə oxunub.




11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi

11.12.2025  13:32 

Tokayev Pezeşkianla görüşdü

11.12.2025  11:20 

Faktiki hava: Rayonlara qar yağır

11.12.2025  10:16 

Voronejdə hava hədəfi vurulub

11.12.2025  10:00 

DYP sürücülərə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +