Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


30.05.2017  16:04 

FİFA Almeydanın millimizdə oynamasına icazə verdi





A+  A-

Riçard Almeydanın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin Şimali İrlandiyaya qarşı oyunda iştirak edib-etməyəcəyinə aydınlıq gəlib.
XəzərNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi iyunun 10-da baş tutacaq matçda oynaya biləcək.
Belə ki, FİFA-nın müvafiq komitəsi AFFA-nın Braziliya əsilli xavbekin millimizdə oynamaqla bağlı müraciətinə baxıb. Ali futbol qurumu məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verib.

Assosiasiya rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb. Beləliklə, Robert Prosineçki hazırda Avstriya toplanışında olan Almeydanın xidmətindən Şimali İrlandiya ilə qarşılaşmada yararlana biləcək.

Qeyd edək ki, Riçard Almeyda 2012-ci ilin yayından bəri “Qarabağ”ın formasını geyinir.

Xəbər 3154 dəfə oxunub.



05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +