Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


02.08.2023  18:14 

Binəqədi İcra Hakimiyyəti məhkəməyə verildi - 4 milyonluq qalmaqal





A+  A-

Binəqədi Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı Yusifov İbiş Əli oğludur.

Araşdırmalarımız zamanı məlum olub ki, 2008-ci ildə İbiş Yusifova məxsus 358 kvadratmetrlik obyekt sökülüb. Obyektin sökülməsi "Nəsimi” metrostansiyanın tikintisi ilə bağlı olub. Lakin buna görə vətəndaşa kompensasiya ödənilməyib.

İbiş Yusifov dəfələrlə "Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə, Bakı şəhər və Binəqədi rayon icra hakimiyyətlərinə müraciətləri nəticəsiz qalıb.

Vətəndaş öncə sökülən obyektə görə 1 milyon 878 min, ötən illərdə əldən çıxmış fayda və mənəvi ziyana görə də 500 min manat (cəmi 2 milyon 378 min) kompensasiya tələb edib. Sonradan iddia tələbində məbləğ dəyişib. Mülkiyyətçi 4 milyon tələb edib. Lakin qarşı tərəf bununla razılaşmadığına görə iş məhkəməyə qədər uzanıb. Məhkəmə çəkişməsi illərdir ki, davam edir.

İşə bir dəfə Bakı İnzibati-İqtisadi Məhkəməsində, iki dəfə Bakı Apellyasiya Məhkəməsində, iki dəfə də Ali Məhkəmədə baxılıb.

Hazırda iş yenidən apellyasiya mərhələsindədir. İbiş Yusifovun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.


Xəbər 2643 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +