Rusiyalı nazir Heydərovla görüşdə Putindən nə çatdırdı?
Yekaterinburqda azərbaycanlılara qarşı növbəti TƏXRİBAT
Hansı şagirdlərə pulsuz məktəbli formaları veriləcək?
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?


31.08.2022  10:14 

Bir nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?





A+  A-

Kənardan müşahidə edəndə Elm və Təhsil Nazirliyi nəhəng imtahan mərkəzi, kütləvi imtahanlar nazirliyi təəssüratını yaradır.

Bir nazirlik nə qədər imtahan keçirər?

Direktroların işə qəbulu, Bağçalara işə qəbul, Müəllimlərin işə qəbulu, Müəllimlərin setifikasiya imtahanı və s. bu tip kütləvi imtahanları keçirmək böyük resurslar tələb edir.

ETN də özünün xeyli resurslarını, məktəblərin və ali təhsil müəssisələrinin resurslarını, Nazirliyin və təhsil müəssisələrinin canlı qüvvəsini, könüllüləri, texniki-texnoloji resursları bu imtahanların keçirilməsinə cəlb edir.

Dövlətin kütləvi imtahanların təşkili məqsədilə yaratdığı qurum - Dövlət İmtahan Mərkəzi isə bütün bu prosesləri sadəcə kənardan müşahidə edir.

Bu qədər ağır bir proses, nəhəg resursların cəlbi ilə kütləvi imtahanların təşkli ETN-i öz qarşısına qoyduğu vəzifələrdən uzaqlaşdırmırmı?

Burada söhbət ETN tərəfindən təşkil olunan imtahanların keyfiyyətindən, qiymətləndirmənin mahiyyətindən getmir.

ETN bu məsələləri son illərdə xeyli təkmilləşdirə bilib, yəni, keyfiyyət və texniki-texnoloji baxımdan bildiyim qədər bu tip kütləvi proseslər əvvəlki illərə nisbətən daha təkmil qaydada keçirilir.

Amma görəsən bütün bunlar məntiqlidirmi və faydalıdırmı, ölkədə təhsil sahəsinə, təhsil siyasətinin müəyyən edilməsinə cavabdeh qurumun bu sahədə daha fundamental məsələlərə diqqət yetirməsi doğru olmazdımı?

Burada həm də öz tabeliyindəkiləri qiymətləndirən Nazirliklə bağlı bir maraq toqquşması faktı qarşıya çıxır.

Görünən odur ki, ETN qarşısına qoyulan vəzifələr getdikcə çoxalır.

Son zamanlar qəbul edilən fərman və sərəncamlarda və digər normativ sənədlərdə, qəbul edilən strategiyalarda ETN qarşısında çox ciddi hədəflər müəyyən edilib. Qlobal dünyanın da müasir çağırışları təhsil sektorundan daha çevik və effektiv qərarlar tələb edir.

Bu baxımdan, fikrimcə, ETN bu qədər nəhəng resursları təhsilin inkişafına və keyfiyyətinin qaldırılmasına, təhsilin modernləşdirilməsinə yönəltsə daha məqsədəuyğun və məntiqli olardı.
Düşünürəm ki , bununla da təhsilin inkişafı baxımından daha böyük uğurlar və müsbət nəticələr əldə etmək olardı.

Ümid edirəm hökumət, ETN və DİM nəzərə alacaqlar.

Osman Gündüz

Xəbər 3058 dəfə oxunub.




08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +