Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir


24.02.2020  08:53 

Bakı-Sumqayıt yolundakı təpələr dağıdılır





A+  A-

Bakı-Sumqayıt yolundakı tıxacın aradan qaldırılması üçün yolun genişləndirilməsi işləri davam etdirilir.
XəzərNews.az xəbər verir ki, yolun Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində artıq torpaq təpələrin sökülməsi işləri aparılır. Təpəciklərin yerində iki hərəkət zolaqlı yol çəkiləcək.

Həmin zolaqlara daxil olan avtomobillər heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin, Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər.

Qeyd edək ki, günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri aparılır. İşlərin iyunun əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.

Xəbər 3309 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +