Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


19.11.2018  13:58 

78 dövlət əmlakı hərraca çıxarıldı





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 18 dekabr tarixində hərrac keçiriləcək.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 30 kv.m ilə 9 min 297 kv.m arasındadır. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki bu növ əmlakın ümumi faydalı sahəsi 621.6 kv.m-dir.

Dövlət obyektinin torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılması sahibi üçün əlavə imkanlar yaradır. İnvestor bu yeməkxananın fəaliyyətini bərpa edərək və ya başqa sahə üzrə yenidən quraraq yüksək gəlir qazana bilər. Bu kateqoriyadan olan əmlaklara Ucarda tikiş fabriki, Balakəndə otel, Buzovnada sağlamlıq mərkəzi kimi müəssislər də aiddir.

Özəlləşdiriləcək qeyri-yaşayış sahələri paytaxtla bərabər, Gəncə, Sabirabad və Samux kimi şəhərlərdə yerləşir. Ümumi faydalı sahəsi 10 kv.m ilə 190 kv.m intervalında olan belə obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün seçim fürsətləri yaradır. Ümumi faydalı sahəsi 93.4 kv.m olan qeyri-yaşayış sahəsi paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşir. Adı çəkilən dövlət əmlakı kiçik xidmət və ofis obyekti kimi istifadəyə uyğundur.

Bakı, İsmayıllı, Saatlı, Yevlax kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında olan, dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Belə iri müəssisələr arasında “Ağdaş Quşçuluq”, “Goranboy Aqrotexservis”, “Bərdə Tikinti Quraşdırma” və digər səhmdar cəmiyyətləri var.

Avtomobil almaq istəyən vətəndaşlar budəfəki hərracda buraxılış tarixi 1989-2007 illər olan nəqliyyat vasitələri üzrə seçim edə bilər. Qeyd edək ki, bu avtomobillər "Daewoo", "BMW", "KAMAZ" və digər markalara aiddir.

Xəbər 3365 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +