Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


07.07.2018  10:54 

Normal çəkinin hesablanması qaydası





A+  A-

Artıq çəki son illər hər kəsin, xüsusilə də xanımların ən çox mübarizə apardığı məsələlərdəndir. Arıqlamaq üçün ən müxtəlif üsullar olsa da, sağlam arıqlamaq daha düzgündür.
XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, artıq çəkinin hesablanması üçün bir sıra üsullar var: “Əgər boy 1,70 santimetr, çəki 70 kiloqramdırsa, düzgün çəkini hesablamaq üçün 70 rəqəmi 1,7-nin kvadratına bölünür, alınan rəqəm çəki normasını müəyyən edir.

Həmin nisbət 18-dən 25-dək alınanda bunu normal bədən çəkisi hesab etmək olar. Alınan rəqəm 25-29,9 arasında olduqda bu, izafi çəki hesab edilir. Eləcə də 30-34,9 arası birinci, 35-39,9 arası ikinci, 40-dan yuxarı üçüncü dərəcəli piylənmə sayılır. Bədən kütlə indeksinin 18,5-dən aşağı olması çəki azlığı əlamətidir. Kişilərlə eyni boyda olan qadınların çəkisinin 5-8 kiloqram az olması normal hal sayılır”.

Kafedra müdiri onu da deyib ki, 60 yaşdan sonra hər on ildən bir çəkinin 5 kiloqram artması lazımdır ki, piy qatı dəri boşalmalarını doldursun.

Xəbər 3026 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +