“Mado”nun “Gənclik Mall” filialında yeməyin içindən... - Foto
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir
Prezidentlərin Əbu-Dabi görüşü... - Təsdiqləndi
Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq
Fərqlənmə attestatı olmayan məzunların xaricdə təhsil məsələsinə aydınlıq gəldi
Rusiyada avtomobil bazarı çökür


06.07.2017  10:48 

“Zeynəb Xanlarova Zəhradan danışmalıdı...”





A+  A-

Tanınmış jurnalist Mir Şahin Ağayev ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən Zəhradan yazıb.
XəzərNews.az jurnalistin sosial şəbəkədə yazdığı statusu təqdim edir:

“2 yaşlı Zəhra dünya boyda böyüyə bilər. Amma bundan ötrü işləmək lazımdır. Azərbaycanın dünyadakı bütün səfirliklərində mətbuat konfransları keçirilməli, burada körpə Zəhranın qan daman şəkli nümayış etdirilməlidir. Ən azı Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik korpusun nümayəndələrinin günü bu gün hadisə rayonuna səfərini təşkil etməliyik. Azərbaycan bu hadisəni yerli tamaşaçıya yox, beynəlxalq vitrinə çıxarmalıdır. Bakı ATƏT-in Minsk qrupu həmsədrlərini təcili görüşə toplamalıdır. Bu dəhşətli hadisəni ənənəvi məhəlli təbliğat relsindən çıxarmalıyıq. Azərbaycan efirində erməniləri Azərbaycan dilində söymək çıxış yolu deyil. Azərbaycanlıların onsuz da bildiyi həqiqətləri təzədən elə onlara təkrarlamaq kimə və nəyə lazımdır?

Zəhra öz kiçik canı ilə Azərbaycana hələ ki, yalnız öz bacardığı kimi işləyir. Bəs bizim bacardığımız? Nüfuzsuz, yorucu, nitqi və duruşu ilə əsnək gətirən, hər gün gözlərimizi döyəcləyən boz propaqanda müqəvvalarına imkan vermək olmaz ki, belə təsirli faktı gözdən salsınlar!

Azərbaycandan kənarda tanınmayan, telekanalların dəyirmi masalarında fırfıra kimi fırlanan, yalnız bizə tanış hövzə siyasətçilərini təcili efirdən yığışdırmaq lazımdır. Polad Bülbüloğlu, Tahir Salahov, Zeynəb Xanlarova, Rüstəm İbrahimbəyov kimi beynəlxalq miqyaslı azərbaycanlılar danışmalıdır. Özü də burda, Bakıda yox! Biri Parisdə, biri Nyu-Yorkda, biri Moskvada biri İstanbulda mətbuatı başına toplamalıdır.

Unutmayaq ki, həqiqəti demək hələ hər şey deyil! Həqiqəti kimin deməsindən çox şey asılldır. Üstündə beynəlxalq etimad leyblı olan şəxslər danışmalıdır. İnandırıcı görünməyə çalışmaq bir şeydir, inandırmaq başqa!

Bu müdhiş hadisə Cocuq Mərcanlı köçü ərəfəsində baş verdi! Cocuğumuzu vurdular...!!! Qaldı Mərcanlı... Qalacaqmı?"

Xəbər 3546 dəfə oxunub.




09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi


BÜTÜN XƏBƏRLƏR +