Sənədsiz evlərlə bağlı YENİ QƏRAR
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi
BSU-nun təmirinə nə qədər pul xərclənəcək?
Magistral yolda çılpaq gəzən gənc saxlanıldı
Şahin Şıxlinskiyə qarşı təzyiqlər artır, özü isə yoxa çıxıb
Ukrayna Moskvaya hücum etdi
Rüşvət vermədiyi üçün tikilisi sökülüb - Video
Slovakiya sanksiya paketini təsdiq edəcək-Robert Fitso
Doğum evində üçəm doğuldu, baxımsızlıqdan tələf oldu
Yuxusuna mane olan körpəsini öldürdü


06.03.2024  16:48 

“Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq





A+  A-

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 9-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq.

Xəzərnews.az bu barədə nazirliyə istinadən xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özü tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır.

“Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Yarmarkada ümumilikdə 25-dək regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.

Xəbər 2722 dəfə oxunub.




18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb

17.07.2025  12:33 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +