“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


05.12.2019  23:54 

ATƏT-in Minsk Qrupu bəyanat yaydı





A+  A-

ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Nazirlər Şurasının 26-cı iclası çərçivəsində dekabrın 4-də Bratislavada keçirilən görüşü ilə bağlı birgə bəyanat yayıblar.
XəzərNews.az xəbər verir ki, bəyanatda hazırki status-kvonun qəbuledilməz olduğu qeyd olunub. Bildirilib ki, münaqişənin hərbi həlli yoxdur:

"Biz Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 2020-ci ilin əvvəlində, həmsədrlərin vasitəçiliyi ilə sülh yolu ilə nizamlanmanın əsas məqamları ilə bağlı danışıqları sürətləndirmək və gələcəkdə daha yüksək səviyyədə danışıqların aparılması üçün yenidən görüşmək niyyətini alqışlayırıq. Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bir daha ədalətli və davamlı bir nizamlanmanın Helsinki Yekun Aktının prinsiplərinə, xüsusilə də bu Aktın güc tətbiq edilməməsi və ya güclə təhdid etməmə, ərazi bütövlüyü bərabər hüquqlar və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanmalı olduğunu bir daha təsdiqləyir. Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 2009-cu ildə Afinada ATƏT Nazirlər Şurasının iclasında verdiyi və daha sonra ATƏT Nazirlər Şurası tərəfindən təsdiqlənən birgə bəyanatını xatırladırıq. Bu həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdiyi əlavə elementləri də əhatə etməlidir.

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bir daha vurğulayır ki, hazırki status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli ola bilməz. Buna görə tərəfləri süni gecikmələr və şərtlər olmadan vicdanla əsaslı danışıqlar aparmağa çağırırıq.

Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ATƏT-in Minsk Qrupu formatının davamlı həll yolunun əldə olunmasına səy göstərmək üçün əvəzedilməz mexanizm olduğuna əminliyini ifadə edirlər. Tərəfləri bir-biri ilə və vasitəçilik səylərini davam etdirməyi təlimatlandıracağımız Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa çağırırıq”.

Xəbər 3209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +