“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


29.09.2017  18:37 

Abdullanın dəhşətli videosu yayıldı - “Anam bombanı çəkdi...”





A+  A-

Bu günlərdə Bağdadda tapılan azərbaycanlı uşaqlarla bağlı yeni video yayılıb. Yeni kadrda balaca Abdulla baş verənləri anladır.
XəzərNews.az xəbər verir ki, Sputnik Azərbaycan, Abdullanın tapıldığı döyüş bölgəsində hərbçilərin yardım etdiyi bir qrup yaralı uşağın yer aldığı kadrları əldə edib. Kadrlarda hərbçilərdən biri Abdullaya türk dilində suallar verir və cavabları ərəb dilinə tərcümə edərək kameraya danışır.

— Siz bombanı hardan gətirdiniz?

— Gətirmədik e, anamda idi. Anam onu çəkdi, yerə qoydu, bunlar da (əli ilə hərbçini göstərir — red.) partlatdı. Qan idi anam. Kafirlər atdı. Düşdü, çıxdı, yandı, əlim də yara oldu. Anam ölüb. Yandı anam.

Bu dialoq, İraqın Təlafər şəhərində yaralı uşaqlara yardım göstərən hərbi formalı şəxslə, son günlərdə ölkə gündəmini sarsıdan üç yaşlı Abdulla arasında baş verib. Xatırladaq ki, Sputnik Azərbaycan bu günlərdə Bağdaddakı sığınacaqlardan birində rusiyalı jurnalistlər tərəfindən videolentə alınmış azərbaycanlı uşaqlar — 2 yaşlı Xədicə və 3 yaşlı Abdulla barədə məlumat yaymışdı. Ölkə mediasında ictimailəşəndən sonra məsələyə dövlət rəsmiləri də reaksiya vermiş, Xədicə və Abdullanın Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görülmüşdü.

Həmin kadrlarda yaralı uşaqlar və onlara yardım göstərən hərbi formalı şəxslər də var. Yaralı uşaqlardan biri onun yarasını sarıyana "ağrıyır qıçım" deyə qışqırır. Digər yaralı uşağa hərbi formalı adam türk dilində "çay iç" deyir və ona su verir. Suyu içən uşağa "az iç, qusarsan" deyir.

"Anaları qaçqın adı altında maskalanaraq 9-cu tank diviziyasının bölmələrinin yerləşdiri yerdə partlayış törətməyi planlaşdırıblar. Lakin bizim hərbçilər əvvəlcədən bu qadınların terrorçu-kamikadze olduqları barədə kəşfiyyat məlumatı əldə ediblər. Danışıqlar zamanı qadınlar təslim olmaqdan imtina ediblər və özlərini partladıblar" — deyə ərəb dilində danışan hərbçi bildirib.

Videoya BURADAN baxmaq olar



Xəbər 3138 dəfə oxunub.





25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +