“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


29.09.2017  15:08 

Narkotikaya görə tutulanlara şans veriləcək





A+  A-

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstək Şurası ilə birgə təşkilatçılığı ilə keçirilən, Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib.

V.İsayev deyib ki, həmin şəxslər məhkəmənin qərarı ilə stasionar müalicə olunacaqlar. Əgər şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayətdən azad olunacaq: “Bu narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə aiddir. Bu, dövlətin üzərinə götürdüyü böyük bir addımdır. Həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar. Əgər hər hansı bir şəxs müalicə olunmaqdan yayınarsa və ikinci dəfə bu fakt qeydə alınarsa, onda onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Xəbər 3041 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +