“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


28.09.2017  13:54 

Dərman preparatlarını gömrük nəzarətindən gizlədə bilmədilər





A+  A-

Balakən Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatının gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
XəzərNews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu fakt idarənin "Mazımçay" gömrük postunda Azərbaycana idxal gömrük proseduru altında yük gətirən Türkiyə vətəndaşı Turan İsmail Ali oğlunun idarə etdiyi "DAF" markalı, TR032TR/AA078C qeydiyyat nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı qeydə alınıb.

Baxış zamanı avtomobilin salonunun yataq hissəsindəki alt yatağın üzərində olan iki ədəd əl çantasında və salonun yuxarı hissəsindəki rəfdə gömrük orqanına bəyan olunmayan 105 flakon "Aesthetic Dermal; Desinfiltral" adlı dərman preparatı aşkar edilib.

Bundan başqa, avtomobilin yataq bölməsindəki yuxarı yatağın döşəyinin altında gömrük nəzarətindən gizlədilmiş 5 qutu "Teosyal; RHR; 4; 2X1 ml", 4 qutu "Teosyal; RHR; 3; 2X1 ml", 1 ədəd qablaşdırma qutusu olmayan "Teosyal; RHR; 3; 1 ml" və 6 qutu olmaqla, ümumilikdə, 132 ampul "Aesthetic Dermal; RPS®HA Eyes" adlı dərman preparatları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3110 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +