İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO


09.12.2019  10:18 

Dehlidəki faciənin səbəbi bilindi





A+  A-

Dehlidə 43 işçinin həyatını itirdiyi fabrikdə baş verən yanğının səbəbi qısaqapanma olub.
XəzərNews.az xarici mediaya istinadən bildirir ki, qurbanların əksəriyyəti Hindistan əyalətlərindən gələn müsəlman miqrantlar olub. Yanğın başlayarkən işçilər yatıblar. Çantalar, papaqlar və digər toxuculuq-trikotaj məhsulları istehsal edən fabrikdə işçilər gündə təqribən 2,1 dollar qazanırdılar.

Həkimlərin dediyinə görə, dördmərtəbəli bina alova tutulan zaman qurbanların əksəriyyəti tüstüdən boğularaq ölüblər. Binada yanğın təhlükəsizliyi standartları pozulduğuna görə binanın sahibi polis tərəfindən saxlanılıb.

Hindistanın Baş naziri Narendra Modi yanğını dəhşətli adlandıraraq, həlak olanların ailələrinə başsağlığı verib.

Xəbər 3347 dəfə oxunub.



18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb


BÜTÜN XƏBƏRLƏR +