Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


04.08.2025  14:26 

UKEF-in Azərbaycandakı ilk razılaşması artıq rəsmiləşib





A+  A-

Agentliyin Azərbaycanda 5 milyard funt-sterlinqlik ilk sövdələşməsi icra edilib

XəzərNews.az xəbər verir ki, bu ilin aprel ayında Londonda keçirilən 7-ci Böyük Britaniya-Azərbaycan Hökumətlərarası Komissiya iclası çərçivəsində, UKEF - Böyük Britaniyanın ixrac kredit agentliyi Azərbaycan üçün 5 milyard funt sterlinqlik kredit zəmanət mexanizmini həyata keçirmək üzrə saziş imzalayıb. UKEF-in Azərbaycandakı ilk razılaşması artıq rəsmiləşib. “Silk Way West Airlines UKEF-in birbaşa kredit (Direct Lending) imkanından istifadə edərək, tam miqyaslı Boeing 777 uçuş simulyatoru alıb” deyə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən XəzərNews.az-a bildirilib. “Simulyator Böyük Britaniya mənşəli L3Harris Commercial Aviation Solutions şirkəti tərəfindən istehsal olunub və üç fərqli Boeing 777 modelini əhatə edən, tələbələrə son dərəcə real təlim təcrübəsi təqdim edən yeni nəsil bir avadanlıqdır. Bu avadanlıq Azərbaycan Milli Aviasiya Akademiyasının təlim imkanlarını daha da gücləndirəcək”.
Azərbaycanın coğrafi mövqeyi ilə qlobal aviasiyada getdikcə artan strateji rolu nəzərə alaraq, UKEF vasitəsilə Böyük Britaniya və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əla potensial mövcuddur.




Xəbər 1130 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +