Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


31.05.2022  16:02 

Rüşvətə görə həbs olunanlar ev dustaqlığına buraxıldı





A+  A-

Bir müddət öncə korrupsiya əməllərində şübhəli bilinərək saxlanılan Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və Göyçay şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbsqətimkan tədbiri dəyişdirilib.

XəzərNews.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs ev dustaqlığına buraxılıb.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiq edib və bildirilib ki, hazırda ibtidai istintaq davam etdirilir.

Xatırladaq ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Vahid İsayev və Rəşad Şükürov da məhz həmin yoxlamalardan sonra həbs edilib.


Xəbər 3580 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +