Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


10.03.2020  11:15 

Alı Alıyev vətəndaşlarla görüşüb - Fotolar





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev istirahət günlərində (7-8-9 mart) Qayıdış qəsəbələrində, Əhmədbəyli, Mahmudlu-2, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu və Alıxanlı kəndlərində olub, vətəndaşlarla görüşüb, bazarlarda, topdansatış mərkəzlərində, ictimai iaşə obyektlərində olmuş ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb, alıcı və satıcılarla söhbət edib.
XəzərNews.az xəbər verir ki, qeyri-rəsmi formada olan bu cür görüşlər səmimiyyəti ilə fərqlənib. Vətəndaşlarla görüşdə Alı Alıyev bildirib ki, bu cür görüşlərin məqsədi vətəndaşlarla bir yerdə olmaq, onları narahat edən məsələlərdən xəbərdar olmaq və mövcud problemləri yerində aradan qaldırmaqdır.

İctimai iaşə obyektlərində, topdan və pərakəndə satış mərkəzlərində, insanların sıx toplandığı ərazilərdə onlarla səmimi söhbət edən Alı Alıyev tərəfindən vətəndaşlar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerində həll edilib, digərlərinin isə həll edilməsi üçün nəzarətə götürülməsi barədə tapşırıq verilib.

Alı Alıyev vətəndaşlarla söhbətində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan fərman və sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılmasının dayanır.

Məcburi köçkünlər çörək pulu, qaz, işıq, sudan istifadəyə görə hər ay vahid aylıq müavinət aldıqlarını, əməkhaqqı, pensiya və təqaüdlərinin vaxtlı-vaxtında plastik kartlar vasitəsilə ödənildiyini bildiriblər.






Xəbər 3216 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +