Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


30.10.2019  11:56 

Azərbaycanda körpə ölümü göstəricisi yüksəkdir





A+  A-

İqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələr sırasına aid edilən Azərbaycanda körpə ölümü göstəricisi yüksəkdir.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması" mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, iqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələrdə körpə ölümü əmsalı (hər 1000 diridoğulan arasında) 9-10 səviyyəsindədir. Amma Azərbaycanda bu göstərici 19-dur.

ÜST rəsmisi Azərbaycanda ana ölümü göstəricisinin də iqtisadi inkişaf səviyyəsi orta və yüksək olan ölkələrlə müqayisədə yüksək olduğunu bildirib: "Əgər problemlərin səbəbləri bilinərsə, onun qarşısı alına bilər. Ana doğuş zamanı qanaxmadan ölməməlidir. Əgər bir ana qarşısı alına bilən qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir".

H.Harmancının sözlərinə görə, Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisi 12-14 faizdir.

Bunu olduqca aşağı rəqəm sayan H.Harmancı bildirib ki, körpələrin ana südü ilə qidalandırılması faizinin artması üçün addımlar atılmalıdır.

Xəbər 3345 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +