Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar
Polşa təyyarələri havaya qalxdı...-BU ÖLKƏYƏ GÖRƏ
Papoyan ABŞ-a səfər edəcək
Tramp bu prezidentlərlə ağ evdə görüşəcək
Pezeşkian: Nüvə obyektlərimizi vursalar...
Zelenski “Koreya ssenarisi”nə müraciət edib
Adnan Əhmədzadənin həbsində sensasion detallar üzə çıxdı


08.10.2018  14:06 

Nura Oksanaya savaş açdı - “Siz xəstəsiz?”





A+  A-

Rəqqasə-aktrisa Oksana Rəsulova və müğənni Nura Suri arasında qalmaqal yaranıb.
XəzərNews.az xəbər verir ki, gərginlik şənbə günü rəqqasənin “X magazin”ə açıqlamasından sonra meydana gəlib. Belə ki, Oksana hamilə olması xəbərini bir müğənninin mediaya ötürdüyünü iddia edib.

Daha sonra məlum olub ki, o, həmin sözləri müğənni Nura Suriyə ünvanlayıb. Oksananın atmacasına Nuranın cavabı gecikməyib. Sənətçi “facebook” səhifəsində status yazaraq Rəsulovaya sərt cavab verib:

“Deməli, hansı məşhurun mətbuat katibi işlədiyi saytda xəbər yazırsa, yazdığı xəbərləri həmin adam ötürür? Təzə söhbətdir bu? Seymur Zakaryayevlə işləmişəm, Tahirə ilə, Türkanla 8 il işləmişəm. İndi də Pərvizlə.

Mənimlə işləyən müddətdə paralel başqa müğənnilərlə də işləyən olub, hətta başqa müğənninin saytından da mətbuat katibim olub. Bir dəfə də olsun ağlıma gəlməyib ki, onlardan nədəsə şübhələnim. Həyat Hollivud filmi deyil, heç kəs cəsus deyil və siz də böyük əhəmiyyətli insan deyilsiniz. Biri estetik əməliyyat edir, xəbəri xəstəxanadan ötürürlər, saytda xəbər çıxır, mənə zəng edirlər ki, sənin mətbuat katibin yazıb.

Əvvəla o adam xəbəri işlədiyi saytda yazıb, mənim şəxsi səhifəmdə yox. Mən haradan bilim bu xəbəri ona kim və niyə ötürüb? Ümumiyyətlə, heç mənim dostum da deyilsən ki, sənin hamıdan gizli saxladığın xəbərdən xəbərdar olum. Çox elə yadıma düşürsünüz axı. Niyə sizin hansısa mənasız xəbəriniz mənə maraqlı olsun?

Birinin başqa saytda hamiləlik xəbəri çıxır. Heç mətbuat katibimin o saytda aiddiyyəti yoxdur, deyirlər ki, Nura deyib, yazıblar. O biri məşhurun hamiləlik xəbəri çıxır, halbuki münasibətim də heç yoxdur. Görəndə ancaq salamlaşa bilərik. Nə var ki, bu xəbəri mətbuat katibim yazıb, deyirlər ki, Nurayla işləyir, o, ötürüb xəbəri. Sizin başınız xarabdır. Siz xəstəsiniz, nəsiniz?

Xəbəriniz olsun ki, bütün məşhurların mətbuat katibi var. Mətbuat katibi ancaq mənə aid olan xəbərlərə cavabdehdir. Jurnalist kimi yazdığı xəbərlərin mənə dəxli yoxdur. Əgər haqqımda belə düşünürsüzsə, bu, sizin probleminizdir. Məni şou-biznesi və mətbuatı idarə edən adam kimi görürsünüz.

Zatı qırıq insan ancaq gözü ilə görmədiyi və 100% əmin olmadığı söhbəti danışa bilər. Özü buna qadir olan insan belə alçaqlığı ağlına gətirə bilər. Bizim ailədə belə adamlar olmayıb, qəhrəmanlar, müəllimlər və hərbiçilər doğulub. Siz kimi haqda nə danışdığınıza diqqət edin. Yalanın və ... qırx gün ömrü var, onsuz da açılacaq”.

Xəbər 3398 dəfə oxunub.




20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza

20.09.2025  17:38 

Adnan Əhmədzadə həbs EDİLDİ

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA


BÜTÜN XƏBƏRLƏR +