Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


28.03.2018  14:54 

Hafiz Hacıyev: “Məmurlar məni ölümlə hədələyirlər”





A+  A-

“İctimai Televizyadakı debatlarda etdiyim çıxışlara görə, bir sıra məmurlar tərəfindən həyatım üçün böyük təhlükə yaranıb. Bu gün də belə məlumatlar mənə daxil olmaqdadır. Bu kimi halların qarşısını almaqdan ötrü tədbirlər görürük”.
XəzərNews.az bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev deyib.

O bildirib ki, bir sıra məmurlar var ki, onu ölümlə hədələyirlər.

“Məni ölümlə hədələyənlər narahat olmasınlar. Biz onlardan qorxan deyilik və onların bu xalqa etdiyi cinayətlərin hamısını açıb ortaya qoyacağıq. Həmçinin, müəyyən tədbirlər də görəcəyik. Bizi qorxutmaqla yolumuzdan döndərmək mümkün deyil. Bu gün mənə böyük təzyiqlər var və onlara hələ ki dözürəm”.


Hafiz Hacıyev onu ölümlə hədələyən məmurların kimliyini açıqlamaq istəməyib.

“Mən istəmirəm ki, onların adlarını deyim. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Onlar elə düşünməsinlər ki, milyardları var və məni istənilən vaxt öldürə bilərlər”.

Hafiz Hacıyev İTV-dəki debatda bir neçə məmur barədə sərt fikirlər səsələndirib.

Xəbər 3032 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +