Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


28.04.2017  11:45 

Elmar Məmmədyarovla macar həmkarı məktublaşdı





A+  A-

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
XəzərNews.az xəbər verir ki, Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ölkələrimiz arasındakı hazırkı intensiv münasibətlərin tarixinin orta əsrlərə gedib çıxdığını və bu münasibətlərin XV-XVII əsrlərdə Azərbaycan dövlətləri və Macar Krallığı arasında yaranmış diplomatik əlaqələr və ticarət əməkdaşlığı üzərində qurulduğunu diqqətə çatdırıb.
Elmar Məmmədyarov Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq münasibətləri və ən yüksək səviyyədə davam edən siyasi dialoqun bütün sahələrdə qarşılıqlı iş birliyinin daha da inkişaf etdirilməsinə əlverişli imkan yaratdığını bildirib.

2017-ci ilin aprel ayında Şərq tərəfdaşlığı və Vişeqrad qrupu ölkələrinin xarici işlər nazirlərinin Varşavada keçirilən toplantısı çərçivəsində macarıstanlı həmkarı ilə keçirdiyi görüşü məmnunluq hissi ilə xatırlayan Elmar Məmmədyarov belə görüşlərin münasibətlərimizin bütün istiqamətlər üzrə genişlənməsinə töhfə verdiyini qeyd edib. O həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın suverenliyi, ərazı bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həll olunmasına dair Macarıstanın davamlı və prinsipial dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və hazırda əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə genişlənməkdə olduğunu vurğulayıb.

Peter Siyarto Azərbaycan və Macarıstanın strateji tərəfdaş və yaxın dost ölkə olduğunu bildirərək, bunun bariz nümunəsi kimi mütəmadi olaraq keçirilən yüksək səviyyəli görüşləri və bu yaxınlarda Bakıda uğurla həyata keçirilən Macarıstan günlərini qeyd edib.

Nazir Peter Siyarto Macarıstanın ölkələrimizin maraqlarına xidmət edən ikitərəfli əlaqələrin daha da inkişafı və şaxələndirilməsində maraqlı olduğunu vurğulayıb.

Xəbər 3126 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +