Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


02.10.2025  18:09 

Deputata qarşı kim hörmətsizlik edib: İcra Hakimiyyəti, yoxsa Məşğulluq Agentliyi?





A+  A-

Milli Məclisin deputatı Razi Nurullayev İmişli İcra Hakimiyyətinin dəvəti üzrə İmişlidə keçirilən "Peşəfest” tədbirində hörmətsizlik görüb.

XəzərNews.az xəbər verir ki, bu barədə R.Nurullayev özü məlumat yayıb.

O qeyd edib ki, İmişlidə keçirilən "Peşəfest” tədbirinə qatılıb və hörmətsizliklə qarşılaşıb:

"Dünən İmişli İcra Hakimiyyətinin dəvəti üzrə İmişlidə keçirilən "Peşəfest” tədbirinə qatıldım və ciddi hörmətsizlik gördüm. Tədbirin əsas təşkilatçısı Dövlət Məşğulluq Agentliyi idi. Yer çox darısqal və keçilməz olsa da normal təşkil olunmuşdu. Məni israrla dəvət etmişdilər. Hələ ki, icra hakimiyyəti və Məşğulluq Agentliyi ayırd edə bilmir ki, məni kim dəvət edib. Yeri gələndə kimin dəvət etdiyinin dəxli də yoxdur. Deputat fiziki olaraq gözünüzün önündədir, sizə başqa nə lazım idi?”.

Deputat deyib ki, bu hərəkəti dövlətin ali orqanına qarşı hörmətsizlik hesab edir:

"Mən bunu özümə qarşı yox, öz timsalımda dövlətin ali orqanına qarşı hörmətsizlik kimi qəbul edirəm. Sevdiyim rayonuma getdim, xəstələrə baş çəkdim, yas məclislərində oldum, evləri ziyarət etdim, seçicilərimlə qaynayıb-qarışdım. Amma, unudulmaz hörmətsizliyiniz mənə yox, sizlərə söz gətirəcək və təəssüf ki, mənim də yaddaşımda qalacaq”.

R. Nurullayev əlavə edib ki, onu görən kimi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları hörmətlə görüşüblər:

"Məni görən kimi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları hörmətlə görüşdülər və tədbir başlamazdan öncə məni bir neçə stendlə də tanış etdilər. Ümumiyyətlə, bir çox dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və özəl təşkilatlar deputatı israrla dəvət edirlər, sonra isə nə protokol gözləyirlər, nə diqqət göstərirlər, nə də qabiliyyətlə qəbul edə bilərlər. Şəxsən mənim buna ehtiyacım yoxdur, çünki iştirakçıların, qonaqların hörmətini hər zaman görürük və bu şəxsən mənə kifayətdir.

Söhbət deputatın timsalında Milli Məclisə qoyduğunuz hörmətdən gedir. Mənim xoşum gəlməyən məmurlar da var, içərisində fəaliyyətindən narazı qaldığım yüksək post tutanlar da var, amma mən onlara böyük hörmətlə yanaşıram. Protokolu da gözləyirəm və lazımi diqqəti də göstərirəm. Çünki, onlar dövləti təmsil edirlər. Mən dövlətimə hörmət və izzətlə yanaşıram”.

Xəbər 3502 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +