Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


16.09.2025  10:53 

İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama





A+  A-

İran yalnız Azərbaycanla deyil, ümumilikdə bütün İslami strukturlarla problemlər yaşayır.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

Onun sözlərinə görə, rəsmi Tehran yalan, blef, təkəbbür kimi hallarla barışsa da, İslami qurumlarla münasibətdə daim ziddiyyətli davranır:

“Adı İslami dövlət olsa da, İslami strukturların heç biri ilə İranın mövqeyi üst-üstə düşmür. Məsələn, İƏT Azərbaycanla bağlı qətnamə qəbul etdi, amma İranın Ermənistandakı səfiri həmin sənədin əleyhinə çıxdı. Nazirinin və prezidentinin təsdiqlədiyi sənədi belə inkar etməklə İran adlı dövlətin mövcud olmadığını göstərdi”.

M.Əhmədoğlu qeyd edib ki, İranın Ermənistandakı səfiri Məhsud Sübhaniyə Ermənistan tərəfindən “Dostluq” ordeninin verilməsi də təsadüfi deyil:

“İranı Ermənistanın siyasi orbitinə soxmaq, Ermənistan üçün vacib idi. Bu addımla Ermənistan ABŞ-a sübut etdi ki, İranı asanlıqla idarə edə bilər. Əvəzində İran Ermənistana heç bir etiraz edə bilmir, əksinə Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışır”.

Politoloq bildirib ki, İran İslam Əməkdaşlıq Təşkilatına da qeyri-konstruktiv yanaşır. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani təşkilatı “quru nitqlərlə dolu” qurum adlandırıb və konfransların əleyhinə çıxıb:

“85 milyonluq nüvə dövləti olan İran, əhalisi 5 milyon olan İsrailin adını eşidəndə tir-tir əsir. İsrail artıq İrana iki dəfə hücum edib, üçüncü müharibəyə də hazırlaşır. İran isə çalışır ki, bütün dünyanı İsrailin üzərinə qaldırsın”.

M.Əhmədoğlunun sözlərinə görə, İranla İslami strukturlar arasında iki əsas mövzuda prinsipial fikir ayrılığı var:

1. BƏƏ-nin ərazi bütövlüyü – İran 3 adanı özününkü hesab edir, BƏƏ və bütün ərəb dünyası isə həmin adaları BƏƏ-yə aid görür.

2. Fələstin məsələsi – İran üçün “Fələstin dövləti” yalnız Qəzzadakı bir neçə qrupdan ibarətdir. Mahmud Abbas və digər rəsmi şəxslər İran üçün heç bir fərq daşımır. İran rəsmi şəkildə Fələstin səfirliyi ilə belə aktiv münasibət qurmur.

Politoloq qeyd edib ki, indiyədək İranda “Fələstinə dəstək” adı ilə kütləvi etiraz aksiyası keçirilməyib. Əksinə, xalq mövcud dövlətin siyasətini rədd edir və bu səbəbdən rəsmi Tehran əhalini özünə çəkmək üçün şah dövrünə qayıdış vədləri verir.

M.Əhmədoğlu əlavə edib ki, İran hökuməti 5 min illik sivilizasiyadan danışsa da, bu irsin dünyada qazandığı hörmət və nüfuz artıq məhv edilib:

“İran indi həmin sivilizasiyadan heç nə qalmamış ölkəyə çevrilib. Hakimiyyət bunun cavabını gələcək nəsillərə verməlidir”.

Xəbər 3494 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +