Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı


20.10.2025  11:37 

Eldar Mahmudov istintaqa çağrılıbmı?





A+  A-

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs ehtimalı ilə bağlı yayılan informasiyalara onun vəkili reaksiya verib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəkil Cavid Rzazadə E.Mahmudovla bağlı hər hansı araşdırma və ya cinayət təqibi aparılması barədə onlara məlumat verilmədiyini bildirib.

Vəkilin sözlərinə görə, son günlər mediada yayılan məlumatlardan xəbərdardırlar: “Prokurorluqdan bizə belə bir məlumat daxil olmayıb. Mən şəxsin vəkiliyəm. Eldar Mahmudov hansısa istintaq orqanında dindirilsə, mütləq xəbərim olardı”. pizza sifarişi

Müdafiəçi keçmiş MTN şefinin adının Ramiz Mehdiyevlə yanaşı hallandırılması barədə suala isə cavab verməyib.

Xatırladaq ki, İspaniyanın “Diario de Mallorca” nəşrinin yazdığına görə, Azərbaycanın Baş Prokurorluğu Palma şəhər məhkəməsi və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib. Azərbaycan Prokurorluğunun bildirdiyinə görə, hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində (İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq, İtaliya) 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.

Azərbaycan Baş Prokurorluğundan isə bu barədə heç bir açıqlama verilməyib.

Xəbər 2178 dəfə oxunub.




21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +