Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


31.10.2022  11:52 

Rusiya jurnalist təşkilatları işğal olunmuş Ukraynada





A+  A-

Rusiya Jurnalistlər Birliyi (RUJ) beynəlxalq prinsipləri və peşə öhdəliklərini pozub, işğal olunmuş Ukrayna ərazilərində milli filiallarını yaradıb.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Jurnalist Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli çıxış edib.

M.Ələsgərli bildirib ki, Rusiya Jurnalistlər İttifaqı (RUJ) Rusiya Federasiyası tərəfindən sentyabrın 30-da qanunsuz ilhaq edilmiş Ukrayna ərazilərində- Donetsk, Luqansk, Zaporojjya və Xersonda dörd yeni şöbənin yaradılması barədə qərar qəbul etdiyini açıqlayıb:

“RUJ-in bəyanatında deyilir ki, yaxın vaxtlarda yeni filialların əsasnamələri təsdiq ediləcək. Bununla da RUJ regional bölmələrinin sayı 89-a çatdırılacaq. Ukraynanın aparıcı jurnalist təşkilatları olan NUJU (Ukrayna Milli Jurnalistlər İttifaqı: prezidenti Sergiy Tomilenko) və IMTUU (Ukrayna Müstəqil Media Həmkarlar İttifaqı: prezidenti Serhiy Shturhetski) RUJ-un qərarını kəskin şəkildə pisləyiblər: “Donetsk, Luqansk, Xerson və Zaporojjya vilayətləri Ukrayna əraziləridir. Bu bölgələrdə Ukrayna Milli Jurnalistlər İttifaqının və Ukraynanın Müstəqil Media Həmkarlar İttifaqının filialları yaradılıb və fəaliyyət göstərir. RUJ-in Ukrayna ərazisində filiallarının yaradılması beynəlxalq hüququn ciddi şəkildə pozulması və NUJU və IMTUU-nun fəaliyyət sferasına müdaxilədir”.

M.Ələsgərli qeyd edib ki, Avropa Jurnalistlər Federasiyasının prezidenti Maja Sever və Federasiyanın baş katibi Rikardo Qutierrez də RUJ-un hərəkətlərini qətiyyətlə pisləyiblər: "Rusiya Jurnalistlər İttifaqı işğal olunmuş Ukrayna ərazilərində çətinlik çəkən jurnalistlərə dəstək verməlidir. Lakin Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş Ukrayna bölgələrində RUJ-nin dörd yeni şöbəsini yaratmaq qədər uzağa getməməlidir. Bu, RUJ tərəfindən yol verilmiş qanun pozuntusu, həmçinin, Kremlin işğal olunmuş rayonları ruslaşdırma siyasətində fəal iştirak etməsi deməkdir”.



Xəbər 2572 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +