Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


06.10.2025  12:54 

Rus deputatı Kadırovu yerə vurdu: Qarşıdurma böyüyür





A+  A-

Rusiyada Ramzan Kadırovla keçmiş Hava-Desant Qoşunlarının komandanı, general Vladimir Şamanov arasında yaranmış gərginlik getdikcə dərinləşir.

XəzərNews.az xəbər verir ki, bu dəfə Krasnodar şəhər dumasının deputatı Sergey Klimov açıq şəkildə Kadırova müraciət edərək, onu general Şamanova qarşı etdiyi təhqiramiz çıxışlara görə sərt tənqid edib. Deputat sosial mediada yayımladığı bəyanatında bildirib:

“Ən çox dotasiya alan respublikanın rəhbərinin özünə hər şeyi rəva görməsi çox qəribədir! Onsuz da ölkədə milli münasibətlər kifayət qədər gərgindir, üstəlik bu cür daxili təxribatlar vəziyyəti daha da qızışdırır. Amma biz Rusiya Qəhrəmanını təhqir etdirməyəcəyik!”

Klimov Kadırova “çeçen xalqından üzr istəməsini” tələb edən çağırışlarını qəbuledilməz sayaraq, onu ölkə daxilində etnik qarşıdurma yaratmaqda ittiham edib.

Bu, Krasnodar deputatının Kadırovu tənqid etdiyi ilk hal deyil. O, daha əvvəl də Çeçenistan rəhbərindən İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə qarşı etdiyi təhqirə görə üzr istəməsini tələb etmişdi.

Ekspertlər hesab edirlər ki, Klimovun çıxışı Moskva elitası ilə Qroznı arasında uzun müddətdir davam edən gizli narazılığın açıq fazaya keçdiyini göstərir. Kadırovun bəyanatları isə artıq Rusiya cəmiyyətində milli gərginliyi daha da artırır.

Xəbər 1598 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +