Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


25.08.2025  13:42 

De ki, Şəbnəm, səni sevmirəm... - Etiraf





A+  A-

Müğənni Şəbnəm Tovuzlu emosional açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

XəzərNews.az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Xəbərin var?" maqazin verilişində həyat yoldaşı Hacı Ramildən söz açıb.

Şəbnəm bildirib ki, əri ilə uzun müddət küsülü qala bilmir və barışmaq üçün hər zaman özü addım atır:

"Həyat yoldaşımla olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, axı necə ola bilər, bu qədər küsülü qalmaq? Amma mən küsülülüyə dözə bilmirəm. Ona zəng edib, ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb, əsəbiləşərək onu vururam. Amma o heç zaman mənə əl qaldırmaz. Deyirəm ki, tez de, "Məni sevirsən, yoxsa sevmirsən? Gözümün içinə bax, de ki, Şəbnəm, səni sevmirəm". O bu sözü mənə deyə bilər!? Deyə bilərsənmi!? Təbii ki, yox!".

Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var.

Xəbər 2922 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +