Almaniya: Macarıstan Putini həbs etməlidir
Sabiq professor vəfat etdi -FOTO
Meriyanın şöbə müdiri vətəndaşı təhqir etdi - Video
Trampın Putinlə görüşü Aİ-yə zərbədir?
“Azpulmat” əməkdaşı borcu ödəməyən müştərini təhqir etdi
Ən böyük mehdiyevçilər onlardır... - Sabiq deputat
“Mango”nun qurucusunu oğlu öldürüb
Pensiya yaşı artırılacaqmı? - Rəsmi açıqlama
Ramiz Mehdiyev bu villasındadır - Foto
Tramp və Zelenski raket tədarükünü müzakirə edəcək


01.05.2022  11:48 

VARLI ÖLKƏNİN KASIB PREZİDENTİ





A+  A-

İrananın eks-prezidenti Mahmud Əhmədinejaddan danışmaq istəyirəm. İndi onun 65 yaşı var, qoca kişidir. Bizim nazir Ziya Məmmədov kimi kənddə mal-qara saxlayır, yayda qoyunlarını özü otarır. Arvadı Fərahi xanım da ona kömək edir. O, 2005 – 2013-ci illərdə 8 il İran İslam Respublikasının prezidenti, bundan əvvəl 3 il Tehran şəhərinin meri olub. İranın 80 milyon əhalisi var, dünyanın ən varlı ölkələrindən biridir. Qaz ehtiyatlarına görə dünyada 3-cü, neft ehtiyatlarına görə 4-cü yeri tutur...

Mahmud Əhmədinejad 2005-ci ildə Tehranda Prezident sarayına gələndə ilk növbədə qiymətli, ipək İran xalçalarını yığışdırdı, paytaxt məscidlərinin birinə bağışladı. İşə çantasında özü ilə nahar yeməyi - ya pendirlə, ya da ətlə çörək gətirirdi. Yoldaşı Fərahi xanım Tehran universitetlərinin birində xadimə işləyirdi. Tehranda ailəliklə atadan qalma köhnə evlərində yaşayırdılar, 1977-ci ilin “Opel” maşınından istifadə edirdilər.



Prezident Əhmədinejad yalnız İran istehsalı olan sadə kostyum, ayaqqabı geyinirdi. İşə təyin olunan hər bir nazir Qurani Kərimə əl basıb təmiz işləyəcəyinə and içirdi. Yeri gəlmişkən, Əhmədinejad özü də Qurana əl basmışdı və 8 ildə bir qəpik haram pul almamışdı.



2010-cu illərdə Prezident Əhmədinejad ABŞ-da səfərdə (qeyri-rəsmi!) olanda mətbuat konfransı keçirir. Yerli telekanalların birinin cavan qadın müxbiri ona qeyr-adi sual verir:”Siz səhər duranda güzgüyə baxırsınızmı, baxırsınızsa, nə fikirləşirsiz?” Əhmədinejad adi cavab verir: “Baxıram və fikirləşirəm ki, sən heç kimdən artıq deyilsən, İran xalqının ağası yox, nökərisən”.




Yeri gəlmişkən, Əhmədinejad 2013-cü ildə vəzifəsindən gedəndə yüksək dövlət pensiyasından imtina edib, deyib ki, mən İran xalqının rəhbəri yox, nökəri olmuşam, mənə adi pensiya da bəsdir...



Hazırda eks-prezident Əhmədinejad Tehran universitetlərindən birində tarixdən və ictimai elmlərdən mühazirələr oxuyur. Arvadı Fərahi xanım da həmin universitetdə xadimə işləyir. İşə ictimai nəqliyyatla gedib gəlirlər. Əhmədinejadın 3 övladı - 2 oğlu, bir qızı var. Övladları heç biri dövlət vəzifəsi tutmayıb, indi də tutmur.

Qalib ARİF

Xəbər 5504 dəfə oxunub.




17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO

17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır


BÜTÜN XƏBƏRLƏR +