“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


08.04.2019  10:08 

İstanbul-Bakı marşrutu ilə ilk blok qatarı qəbul edilib





A+  A-

İlk dəfə olaraq İstanbuldan Bakıya yola düşən beynəlxalq yük qatarı aprelin 5-də Bakıya çatıb. Qatar Abşeron Logistika Mərkəzində qarşılanıb.
XəzərNews.az xəbər verir ki, qarşılama mərasimində açılış sözü ilə Abşeron Logistika Mərkəzinin baş direktoru Ziya Ağayev çıxış edib. Ziya Ağayev məlumat verərək bildirib ki, təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Abşeron Logistika Mərkəzi tərəfindən həyata keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

Şərq-Qərb Nəqliyyat Dəhlizi çərçivəsində baş tutan bu yük daşıması ölkə iqtisadiyyatı üçün də cox böyük əhəmiyyət kəsb edir.

Ölkə başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.

Belə ki, Azərbaycanın çox əlverişli coğrafi mövqedə yerləşməsi tranzit potensialının artırılması istiqamətində əvəzsiz rol oynayır, bununla da büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır.

Abşeron Logistika Mərkəzi tarixi İpək yolunun üzərində, ölkəmizin paytaxtı Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşir.

Mərkəzin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir.

Terminal vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.

Burada müştərilərə müasir və yüksək səviyyəli xidmətin göstərilməsi “vahid pəncərə” sistemi ilə bir nöqtədən təmin olunur.

Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərir.

Mərkəzdə 6-sı qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunur.

Xəbər 3250 dəfə oxunub.




15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +