Almaniya: Macarıstan Putini həbs etməlidir
Sabiq professor vəfat etdi -FOTO
Meriyanın şöbə müdiri vətəndaşı təhqir etdi - Video
Trampın Putinlə görüşü Aİ-yə zərbədir?
“Azpulmat” əməkdaşı borcu ödəməyən müştərini təhqir etdi
Ən böyük mehdiyevçilər onlardır... - Sabiq deputat
“Mango”nun qurucusunu oğlu öldürüb
Pensiya yaşı artırılacaqmı? - Rəsmi açıqlama
Ramiz Mehdiyev bu villasındadır - Foto
Tramp və Zelenski raket tədarükünü müzakirə edəcək


13.06.2018  17:05 

Mətbuat Şurasında şikayətlərə baxıldı





A+  A-

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, toplantını açan MŞ sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Öncə Beyləqan rayon Təhsil Şöbəsinin bir qrup əməkdaşının “cianews.info” saytına qarşı şikayətinə baxılıb. Komissiya üzvləri rəyə gəliblər ki, məsələnin daha detallı araşdırılmasına ehtiyac var. Belə ki, “cianews.info” xəbər saytı özü faktiki fəaliyyət göstərsə də, üzərində əlaqə nömrələri, rekvizitləri yoxdur. Bu isə KİV haqqında qanunvericiliyə ziddir. Bu sayt ilə əlaqədar digər məqamlar da nəzərdən keçiriləcək.

Gündəlikdəki ikinci məsələ “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın bir qrup saytlara qarşı müraciəti olub. Komissiya üzvləri rəyə gəliblər ki, şikayətçi tərəf öz şikayətini əsaslandırmaq üçün yetərli arqument gətirə bilməyib. Belə ki, xəbər saytları onun cəmiyyətdə narazılıq doğuran və inanclı insanların təhqiri kimi qarşılanan açıqlamasını faktiki olaraq ictimaiyyət üçün açıq etdiyi çıxışına istinadla yayıblar. Həmçinin, sonradan, onun üzrxahlığını da dərc ediblər. Bu baxımdan KİV-lər məsələyə görə məsuliyyət daşımırlar.

Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi Könül Şahmalı qızı Abbasovanın “xeberekspress.az” saytının keçmiş əməkdaşı Akif Cəfərova, “doğruxeber.az” və digər saytlara qarşı şikayətinə baxan komissiya üzvləri qərara gəliblər ki, məsələ daha geniş kontekstdə MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılsın.

Bakı şəhər sakini Allahverdi Mirzəyevin “Dəryaz.az” saytına qarşı müraciətinin müzakirəsi zamanı rəyə gəlinib ki, xəbər saytı Peşə davranış qaydalarının balans və oyektivlik prinsipini pozub. Sayta xəbərdarlıq edilib.

Xəbər 2990 dəfə oxunub.




17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO

17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır


BÜTÜN XƏBƏRLƏR +