İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


01.02.2019  18:21 

“Elə mətbuat nümayəndəsi var ki, 10 işçisi ev alıb”





A+  A-

“Hazırda qəzetlərdə təkmilləşmə işləri gedir. Çapla, rənglə, ölçülərlə bağlı dəyişikliklər aparılır. Bütün bunların hamısı təqdirəlayiqdir. Bəzi KİV-lər etik qaydaların hamısı ötüb keçib. Bunun da qarşısını almaq üçün birinci şərt qanunvericilikdir”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin fevralın 1-də keçirilən iclasında səsləndirib. Onun sözlərinə görə, vətəndaşın təhqir olunması, dövlətin əleyhinə fikirlər bütün bunların hamısı cəzasızlıq mühitinə gətirib çıxarıb: “Buna görə də “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna ciddi dəyişiklik edilməlidir. Mətbuat Şurası yığışıb bunu formatını müəyyənləşdirməlidir. Bu gün Azərbaycanda mətbuata yüksək səviyyədə diqqət göstərilir. Mətbuat nümayəndələri üçün evlər tikilib. Amerikada jurnalistə daxma verilir? Bu gün isə bizdə artıq jurnalistlər üçün 3-cü bina tikilir. Elə mətbuat nümayəndəsi var ki, onun 10 işçisi ev alıb. Ona görə də hesab edirəm ki, o mətbuat orqanları da bu təhqiramiz fikirlərə cavab verməlidir”.

Xəbər 2966 dəfə oxunub.




25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +