Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


29.04.2025  16:17 

“Ailə Park“ MTK gecələr söküntü aparır





A+  A-

Bir qrup paytaxt sakini Bakı şəhərində fəaliyyət göstərən "Ailə Park" MTK-dan şikayətçidir.

XəzərNews.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Nərimanov rayonu ərazisində "Ailə Park" MTK tərəfindən gecə saatlarında söküntü işləri aparılıb.

Bu isə vətəndaşların haqlı narazılığına səbəb olub. "Ailə Park" MTK-nın əməkdaşları həmin ərazidə yaşayan sakinlərin etirazlarına məhəl qoymayıblar və söküntü işlərini davam etdiriblər.

Xatırladaq ki, "Ailə Park" MTK ötən gün ağacları kəsdiyinə görə cəzalandırılıb. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilən məlumata görə, İdarənin əməkdaşları nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində "Ailə Park" MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyini və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyini müəyyən edib. Faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.

https://ok.ru/video/8986535004771

Xəbər 3309 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +