Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


11.01.2023  15:58 

“Lotu Quli“nin adamı bəraət aldı





A+  A-

1996-cı ildə rəhbərlik etdiyi firmalarla o vaxtkı Ticarət Nazirliyi ilə müqavilələr bağlayaraq ölkəyə şəkər tozu gətirəcəyi vədi verib dövlətə 3 milyon manat ziyan vurmaqda təqsirləndirilən Emil Xəlilovla bağlı hökmdən verilmiş şikayətə baxılıb.

XəzərNews.az APA-ya istinadla bildirir ki, Bakı Apellyasiya Məhkəməsinə 2020-ci ildə daxil olmuş iş üzrə qərar elan olunub.

Hakim Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığı, təqsirləndirilən şəxsin günahsız olduğu qənaətinə gəliblər.

Məhkəmə Emil Xəlilov barəsində bəraət qərarı çıxarıb.

Qeyd edək ki, Xəlilov Emil Möhübət oğlu uzun illər beynəlxalq axtarışda olub. O, 2018-ci ildə Ukraynada həbs olunaraq Azərbaycana ekstradisiya olunub.

Həmin vaxt Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin özünün sosial şəbəkə hesabında Emil Xəlilov haqda paylaşım edib. O, Emil Xəlilovun Ukraynada saxta sənədlərlə yaşadığını və mütəşəkkil cinayətkar qrupa rəhbərlik etdiyini yazıb: “Emil Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda Emil Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır. Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.

Sonradan mətbu orqanlarda Emil Xəlilovun "Lotu Quli" kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı olduğu barədə məlumatlar yayılıb.

Emil Xəlilova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (sənədləri məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmə təqsirləndirilən şəxsin cinayət törətməsindən 20 il keçdiyi üçün cinayət işinə xitam verib. Emil Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.

Müdafiə tərəfi bəraət tələbi ilə hökmdən apellyasiya şikayəti verib.

Xəbər 1027 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +