Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


18.11.2021  16:43 

Gecəqonduda yaşayan deputatlar





A+  A-

Evi olmayan deputatlara verilən kirayə haqqının qaldırılmasını təklif edən Razi Nurullayev cəmiyyətin reaksiyasından narazıdır. Razi müəllim deyir ki, cəmiyyətdə millət vəkilləriylə bağlı yanlış təsəvvür formalaşıb: “Elə bilirlər ki, deputatlar yağ-bal içində yaşayırlar. Halbuki qayğılarımız başımızdan aşır”.
Dünəndən bəri xalq kirayədə qalan deputatların kimliyini araşdırır. Jurnalist həmkarlarım sağ olsunlar, cəmiyyəti intizardan qurtardılar. Məlum oldu ki, 10 deputat Bakıda kirayədə yaşayır. Sən demə, Milli Məclis Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Ramil Həsən, Anar Məmmədov və onların bir neçə həmkarına hər ay 200 manat kirayəhaqqı ödəyir.

Əl tutmaq Əlidən qalıb. Dövlətimiz də deputatlarımıza əl tutur. Nahaq deməyiblər ki, verən əli qaytarmazlar. Görünür, vəkillərimiz bunu bildikləri üçün dövlətin verdiyi 200 manatdan imtina etməyiblər. Ehtiyacları olsa da, olmasa da o 200 manatı hər ay alıb ciblərinə qoyublar. Əgər Razi müəllim həmkarlarına canıyananlıq etməsəydi, bizim heç vaxt bu 200 manatdan xəbərimiz olmayacaqdı...

Dünəndən bəri Azərbaycan xalqı bu suala cavab tapmaq üçün “baş sındırır”: Hörmətli deputatlarımzı Bakıda 200 manata harda kirayədə qalırlar?

Jurnalist marağı güc gəldiyi üçün mən də bu məsələ ilə maraqlandım. “Makler” tanışım dedi ki, 200 manata Binəqədidə gecəqondu tapmaq mümkündür. Sadəcə, həmin evlər ümumi həyətdə yerləşir. Yəni darvazanı açıb həyətə girəndə 10-15 ailənin eyni məkanda yaşadığının şahidi olursan. Həmin evlərin çoxunda hamam və tualet ümumi olur. Bu isə o deməkdir ki, ümumi həyətdə 10-15 ailə ilə bir yerdə qalan deputatlarımız 30-40 nəfərlə eyni hamam və tualeti bölüşürlər...

Mən bunda pis heç nə görmürəm. Biz 1993-cü ildə Cəbrayıldan didərgin düşəndə Bakıda heç bir şəraiti olmayan darısqal bir yataqxanada məskunlaşmışdıq. 17 ailənin bir hamamı, bir tualeti vardı. Bu üzdən orta məktəbdə oxuyan uşaqlar hər gün dərsə gecikirdilər.

Mən dövlətdən hər ay 200 manat kirayə pulu alan deputatlarımızın Binəqədidə kirayədə qalmağını alqışlayıram. Onlar xalqa yaxın olduqları üçün bu məkanı seçiblər. Əgər göydələndə qalsaydılar hamımız deyəcəkdik ki, xalqa üstdən aşağı baxırlar. Bir halda ki, onlar bizə üstdən aşağı baxmırlar, gecəqonduda qaldıqları üçün biz niyə onlara altdan yuxarı baxaq?!

Dövlətin kirayədə qalmaq üçün deputatlara verdiyi 200 manatın artırılmasına isə ehtiyac yoxdur. Yoxsa, bahalı evlərdə qalıb xalqdan uzaq düşərlər...

Seymur VERDİZADƏ

Xəbər 7682 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +